"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azər Badamov: “Sənədsiz mənzillərin rəsmiləşdirliməsi sürətlənəcək”

--2016-10-27 / 01:57

Bü günlərdə Milli Məclisin oktyabrın 14-də keçirilən plenar iclasında “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edib.

Bu məsələyə münasibət bildirən Milli Məcslinin üzvü Azər Badamov Belediyye.infoya açıqlamsında bildirib ki, dəyişiklik yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının  sadələşdirməsi ilə bağlıdır. Dəyişiklikdə  1 yanvar 2013-cü ilədək inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq məqsədi daşıyır.  Yəni , yaşayış evininin mülküyyət hüququnu qeydiyata almaq üçün evin inşa edildiyi torpaqın təyinatı yaşayış evin tikintisinə olan mülkiyyətini təsdiq edən sənədi olmalı və evin hündürlüyü 12 metrdən artıq olmamalıdır. Bu dəyişiklik qüvvəyə minəndən sonra 2013-cü ilədək tikilmiş yaşayış  evlərinin  mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində rəsmiləşdirilməsi problemi bir dəfəlik həll olunacaqdır.

Belediyye.info

ŞƏRHLƏR